Hərbi

“Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başladı — VİDEO/FOTO

“Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başladı — VİDEO/FOTO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, təlimin ilkin mərhələsində təyin olunmuş plana uyğun olaraq uçuşlar zamanı təhlükəsizlik qaydaları və qarşıya qoyulan tapşırıqlar çatdırılıb.

Ssenariyə əsasən əvvəlcə şərti düşmənin hava hücumundan müdafiə vasitələri susdurulub.

Hava üstünlüyü əldə edildikdən sonra təyyarələrimiz müxtəlif döyüş təyyarələri ilə birgə şərti düşmənin hava məkanına daxil olaraq yuxarı hündürlükdə döyüş manevrləri etməklə qarşı tərəfin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Təlimin birinci günündə qarşıya qoyulan tapşırıqlar pilotlar tərəfindən uğurla yerinə yetirilib.

D
demokrat.az