Region

Gürcüstan XİN başçısı İsrailə gedir

Gürcüstan XİN başçısı İsrailə gedir

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili İsrailə səfər edəcək. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər mayın 3-dək davam edəcək.O, İsrail Prezidenti, eləcə də digər yüksək vəzifəli rəsmilərlə görüşlər keçirəcək. Darçiaşvili İsraildəki gürcü diasporunun nümayəndələri ilə də görüşəcək.

NE
Nihadə Eyyubova