Dünya Özəl

Suriya və Ərəb ölkələrinin rəsmiləri görüşdülər

Suriya və Ərəb ölkələrinin rəsmiləri görüşdülər

İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirləri suriyalı həmkarları ilə görüşərək münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, Ərəb ölkələri Suriyada vətəndaş müharibəsi başlayan ildən bəri ilk dəfə rəsmi təmaslara başlayıb.

İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirləri suriyalı həmkarları Feysəl əl-Mikdad ilə münasibətlərin normallaşmasını müzakirə ediblər.

İclasda qaçqınlar, məhbuslar, narkotik ticarəti və İranın dəstəklədiyi qruplar kimi məsələlər müzakirə edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova