Dünya Özəl

Avropa İttifaqında sığınacaq müraciətlərinə müsbət reaksiya 40 faiz artıb

Avropa İttifaqında sığınacaq müraciətlərinə müsbət reaksiya 40 faiz artıb

Avropa İttifaqında miqrantlar tərəfindən edilən sığınacaq müraciətlərinə müsbət reaksiyaların sayı ötən illərə nisbətən 40 faiz artıb.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının "Eurostat" Statistika Agentliyi məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqının 27 üzv ölkəsi 2021-ci ildə sığınacaq axtaranların sayını 275 40 nəfərdən 384 245 nəfərə yüksəldib.

Ötən il Almaniya 41 faizlə ən çox sığınacaq müraciəti qəbul edən ölkə olub. Növbəti sırada isə 13 faizlə Fransa, 10 faizlə İtaliya və 9 faizlə İspaniya tutur.

Qeyd edək ki, sözügedən 4 ölkə bütün müsbət sığınacaq qərarlarının 73 faizini imzalayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova