Region

İranda ermənilərin "soyqırım" aksiyaları keçirilir

İranda ermənilərin soyqırım aksiyaları keçirilir

Aprelin 24-ü səhər saatlarından başlayaraq İranın müxtəlif şəhərlərində qondarma erməni soyqırımının 107-ci ili ilə bağlı mərasimlər keçirilir.

Demokrat.az"gunaz"-a istinadən xəbr verir ki, ilk olaraq səhər saatlarında Tehranıın "Serkise müqəddəs" klisəsındə başlayan mərasimdə hər il olduğu kimi Türkiyə və Azərbaycan əleyhinə ənənəvi çıxışlar edilib.

İran hökumətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən anım mərasimindən sonra mərasim iştirakçıları Türkiyənin Tehrandakı səfirliyi qarşısına yürüç edib, aksiya keçiriblər. Əllərində "Türkiyə cinayət edir, Amerika himayə edir" və başqa anti-Türkiyə məzmunlu plakatlar qaldıran aksiyaçılar səfirlik qarşısına toplaşıblar.

Bununla yanaşı İranın İsfahan və başqa bir neçə şəhərində də oxşar aksiyalar keçirilib.

İranda aksiyaların keçirilməsinə həssaslıq və qəddarlıqla yanaşan İran hökuməti Türkiyənin Tehrandakı səfirliyinin qarşısında keçirilən aksiyaya baş tutması üçün şərayit yaradıb.

NE
Nihadə Eyyubova