Hadisə

Nərimanovda mənzildən 41 yaşlı kişi meyiti tapıldı

Nərimanovda mənzildən 41 yaşlı kişi meyiti tapıldı

Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Bu barədə Nərimanov rayon prokurorluğundan bildirilib.

Qeyd edilib ki, ilkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

“Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda deyilir.

NE
Nihadə Eyyubova