Sosial

Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq

Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq

Aprelin 23-dən 24-nə keçən gecə Bakı Şəhər Halqasının (BŞH) əhatəsi boyunca tamamlanma işləri başlayacaq.

Demokrat.az xəbər verir ki, BŞH-dən verilən məlumata görə, bununla əlaqədar aprelin 24-ü gecə saat 01:00-dan etibarən qurumun əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Avtomobil idarə edən sakinlərdən həyətlərdən çıxışların qapanmasını nəzərə alaraq, qeyd olunmuş vaxtdan əvvəl nəqliyyat vasitələrini həyətlərdən çıxarmaları xahiş olunub.

Bu yollarda nəqliyyatın hərəkəti mayın 2-si saat 08:00-dan etibarən bərpa olunacaq.

D
demokrat.az