Hadisə

Ucarda ağır yol qəzası oldu, ölən və yaralananlar var

Ucarda ağır yol qəzası oldu, ölən və yaralananlar var

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə BakI-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşını hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı 1 nəfər ölüb. Xəsarət alanlar da var.

Faktla bağlı araşdırma aparılır.//APA

D
demokrat.az