Xalq artisti Məleykə Əsədova “Xurşudbanu Natəvan” tamaşasının növbəti nümayişinin mərhum Xalq artisti Akademik Milli Dram teatrının direktoru Azər Paşa Nemətovun xatirəsinə həsr olunacağını bildirib.
OLAY yazır ki, bu barədə aktrisa instaqramda paylaşım edib:
“Bu gün və sabah Akademik Milli Dram teatrında çox sevilən “Xurşudbanu Natəvan” tamaşası teatr sevənlər üçündür. Tamaşanın quruluşcu rejissoru hər zaman qəlblərdə yaşayacaq böyük sənətkar Xalq artisti, Şərəf və Şöhrət ordenli rejisorumuz Azər Paşa Nemətovdur. Allah sizə rəhmət eləsin.


