Hadisə

Bakıda su quyusundan meyit tapıldı

Bakıda su quyusundan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Demokrat.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərinliyi təqribən 8 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

NE
Nihadə Eyyubova