“LL MED” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) barəsində inzibati qaydada cərimə yazılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (ibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsi ilə inzibati qaydada cərimə olunub.
İş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
Protokol araşdırılması üçün hakim Rauf Daşdəmirovun icraatına verilib. Məhkəmə baxışı mayın 2-nə təyin edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə yazılan protokol məhkəmə tərəfindən təsdiq olunsa fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Bundan başqa, "MEDİ-PLUS" Məhdud Məsuliyyətli Cəmiyyəti də İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə cərimə olunub.
Həmin işdə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Hüseyn Səforovun icraatına verilib.
Məhkəmə baxışı aprelin 28-nə təyin edilib.
Fariz Məlikli Demokrat.az


