Region Özəl

Prezident seçkiləri ilə bağlı mühüm AÇIQLAMA

Prezident seçkiləri ilə bağlı mühüm AÇIQLAMA

Türkiyədə prezident seçimi üçün ölkə daxilində və xaricdə səs verəcək seçicilərin sayı müəyyənləşib.

Demokrat.az xəbər verir ki, bu barədə Yüksək Seçki Qurumunun sədri Əhməd Yener açıqlama verib.

O, bildirib ki, may ayında keçiriləcək seçkilərdə ümumilikdə 64 milyon 113 min 941 seçici səs verəcək:

"Xaricdə olan seçicilərin sayı 3 milyon 416 min 118 nəfərdir. Bu seçicilər arasında 1 milyon 595 min qadın, 1 milyon 890 min 940 kişi seçicimiz var". deyə vurğulayıb.

Xatırladaq ki, Türkiyədə may ayının 14 -də prezident seçkiləri baş tutacaq.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova