Hərbi Özəl

Sülhməramlılar Qarabağdakı mülki erməniləri Azərbaycana qarşı döyüşə hazırlayır — Polkovnikdən AÇIQLAMA (VİDEO)

Sülhməramlılar Qarabağdakı mülki erməniləri Azərbaycana qarşı döyüşə hazırlayır — Polkovnikdən AÇIQLAMA (VİDEO)

Ermənistandan Qarabağa silah daşınmasına yardım edən Rusiya sülhməramlıları Qarabağdakı mülki erməni əhaliyə də hərbi təlimlər keçirlər. Bununla da Rusiya sülhməramlıları Qarabağda sülhü təmin etmək əvəzinə separatçı əhval-ruhiyyəli erməniləri Azərbaycana qarşı növbəti döyüşə hazırlayırlar.

Məsələ ilə bağlı hərbi ekspert, polkovnik Şair Ramaldanov Demokrat.az-a açıqlamasında deyib ki, Rusiya sülhməramlıları Qarabağ iqtisadi zonasında heç də sülhün bərqərar edilməsində maraqlı deyil.

Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələri indiyədək Azərbaycan maraqlarına yox, ancaq öz maraqlarına və ermənipərəst mövqeyinə xidmət ediblər.

"Ağdamda Rusiya-Türkiyə monitorinq qrupunun olması məhz o ərazidə sülhün bərqərar olması üçündür. Orada yaşayan ermənilərin Azərbaycana inteqrasiyası məsələləri bugünədək həll edilməli idi, ancaq bunun əvəzinə biz orada qanunsuz silahlı dəstələrin sayının artırıldığını görürük.

Baxmayaraq ki, üçtərəfli bəyannamənin dördüncü bəndində onların oradan çıxarılması ilə bağlı konkret maddə var. Bugünədək Rusiya sülhməramlı qüvvələri onları oradan nəinki çıxartmadı, hətta silahlandırılmasında belə iştirak etdi. Bu zaman çərçivəsində onların sayı ən azı iki dəfə artmaqdadır. Təbii ki, belə olduğu halda biz deyə bilərik ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın daxilində növbəti dəfə hansısa təxribatyönlü münaqişənin hazırlanmasında iştirak edir. Yəni, biz bunları bu cür qiymətləndiririk".

Digər tərəfdən arzuolunmaz şəxslərin Azərbaycana ərazisinə keçirilməsi məhz Rusiyanın silahlı qüvvələr tərəfindən həyata keçirirlər. Təbii ki, İran xüsusi orqanları nümayəndələrinin Azərbaycan ərazisinə keçib separatçılara müəyyən hərbi təlimlər keçirməsi də Rusiyanın sülhməramlı qüvvələrin əli ilə olur. Silah və sursatın daşınması da onların vasitəçiliyi ilə olur. Bütün bunlar sülhməramlıların öz səlahiyyətlərini aşaraq atdığı addımlardır. Bu addımlar hamısı Azərbaycan maraqlarına ziddir.

Rusiya açıq aydın bildirir ki, burada yerləşmə müddətinin artırılmasında maraqlıdır. Bu səbəbdən də, onlar Qarabağ iqtisadi zonasında vəziyyətin gərginləşdirilməsinə gətirib çıxardan addımlar atırlar ki, burada qalma səbəblərini müəyyən bir şəkildə əsaslandıra bilsinlər.

Hesab edirəm ki, Rusiyanın sülhməramlı qüvvələrinin bu hərəkəti daha çox səhnəciklərə oxşayır. Bununla da, Rusiya öz gücünü göstərmək istəyir və əlbəttə, bu addımlar da Azərbaycana da müəyyən bir şəkildə bir mesajdır".

Nəzrin Demokrat.az

D
demokrat.az