Hadisə

Naftalan sakini kafedə bıçaqlanıb

Naftalan sakini kafedə bıçaqlanıb

Naftalanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

1968-ci il təvəllüıdü Hüseyn Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə Qaşaltı Qarayounlu kəndində kafedə baş verib.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova