Region Özəl

Evə köçdükləri gün eyvandan yıxılaraq öldü

Evə köçdükləri gün eyvandan yıxılaraq öldü

Türkiyənin Kırıkkale şəhərində qadın yenicə köçdüyü evinin eyvanını təmizləyərkən yerə yıxılaraq həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Bildirilib ki, qadın yenicə köçdüyü evdə təmizlik işləri görüb.

Binanın 6-cı mərtəbəsində yerləşən evin eyvanına çıxaraq şüşələri silməyə çalışıb.

Lakin bədbəxt hadisə ilə üzləşib.

Hadisə yerinə dərhal təcili tibbi yardım qrupları gəlməsinə baxmayaraq qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova