“İranda itkin düşən azərbaycanlı tələbə Fərid Qabil oğlu Səfərlinin taleyi barədə indiyədək heç bir məlumat yoxdur”.
Bunu Demokrat.az-ın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, rəsmi Bakı hələ də Tehrandan cavab gözləyir.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb. Azərbaycan vətəndaşı F.Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir.
Aynurə Demokrat.az


