Region Özəl

Villada siqaret istehsal edən 2 şübhəli tutuldu

Villada siqaret istehsal edən 2 şübhəli tutuldu

Türkiyənin Bursa şəhərində villada qanunsuz siqaret istehsal etdiyi iddia edilən 2 nəfər şübhəli saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, yerli Polis İdarəsi qanunsuz tütün və tütün məmulatlarının istehsalı və ticarətinin qarşısının alınması istiqamətində aparılan tədbirlər çərçivəsində villada axtarış aparıb.

Axtarışlar zamanı 2 ədəd elektrik, kompressorlu makaron doldurma maşını, 341 kiloqram tütün və 733 min 860 ədəd makaron ələ keçirilib.

Villada qanunsuz siqaret istehsalına görə saxlanılan şəxslər məhkəməyə sövq edilib.

Aysu Demokrat.az

D
demokrat.az