Hərbi

Avropa İttifaqının patrul xidməti toqquşma baş vermiş ərazidə olmayıb — AÇIQLAMA

Avropa İttifaqının patrul xidməti toqquşma baş vermiş ərazidə olmayıb — AÇIQLAMA

Ermənistanda yerləşən Avropa İttifaqının müşahidə missiyası dünən Azərbaycan və Ermənistan hərbçiləri arasında baş vermiş silahlı toqquşma zamanı Tex kəndində olmayıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Armenpress”ə Avropa İttifaqının mətbuat xidmətindən bildirilib.

“Missiya aprelin 11-də öz mandatı çərçivəsində Tex və Kornidzor kəndi ərazisində mütəmadi patrul xidməti həyata keçirib. İnsident baş verən zaman həmin rayonda olmayıb. Axşamdan xeyli keçmiş baş verən atəşma barədə Ermənistan hökumətindən məlumat əldə ediblər”-deyə bəyanatda vurğulanıb.//Azpostinfo

D
demokrat.az