Səudiyyə Ərəbistanının Əl-Cəvf bölgəsində yağan güclü dolu və leysan yağışları nəticəsində evlərə və avtomobillərə ciddi zərər vurub.
Demokrat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının meteorologiya xidməti məlumat verib.
Bildirilib ki, dolu və leysan yağışları əsasən Səudiyyə Ərəbistanının Əl-Cəvf bölgəsində güclü olub.
Bölgəyə yağan dolu hərəkətdə olan avtomobillərin şüşəsinin qırılmasına da səbəb olub.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi ölkə əhalisini əlverişsiz hava şəraiti səbəbindən baş verə biləcək ani sel fəlakətlərinə qarşı diqqətli olmağa çağırıb.
Aysu Demokrat.az


