Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Səbuhi Gündüz oğlu Tağıyev dəfn olunub.
Apa-nın Naxçıvan bürosu xəbər verir ki, şəhid Səbuhi Tağıyev Şahbuz rayonunun Badamlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Vida mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
*** 14:00
Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçu Səbuhi Gündüz oğlu Tağıyevin nəşi Naxçıvana aparılıb.
Apa xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi keçirilib.
Şəhid Tağıyev Səbuhi Gündüz oğlu bu gün Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn olunacaq.
Qeyd edək ki, Səbuhi Tağıyev 1998-ci ildə Şahbuz rayonunun Şada kəndində anadan olub. Ailəsi hazırda Badamlı qəsəbəsində yaşayır.





