Parisdə 50 peşəkar opera sənətçisi tərəfindən etiraz aksiyalarlna dəstək üçün konsert verilib. Demokrat.az xəbər verir ki, məhkəmə qarşısında təşkil olunan konsert zamanı Fransanın Konstitusiya Məhkəməsindən etiraza səbəb olmuş qərarın geri götürülməsi tələb olunub.
Sarayın yaxınlığındakı "Pale Royal" meydanında toplaşan musiqiçilər islahatdan imtina tələblərini konsertləri ilə təkrarlayıblar.
Qeyd edək ki, məhkəmə yekun qərarı aprelin 14-də verəcək.
Xatırladaq ki, Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran qərarın əleyhinə etirazlar davam edir.
Aysu Demokrat.az


