Kral Çarlzın tacqoyma mərasimində xristianlıqdan başqa digər dinlərin nümayəndələrinin də dua oxumasını istədiyi, lakin bu məsələdə kilsə ilə razılaşa bilmədiyi iddia edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Bildirilib ki, İngiltərə kralı III. Çarlz və onun həyat yoldaşı, kraliça Kamilla mayın 6-da İngiltərədəki Vestminster abbatlığında tac qoyacaqlar.
London meri və Şotlandiya baş nazirinin müsəlman olması İngiltərədə multikultiralizm məsələsini gündəmə gətirib.
Məsələyə Kral Çarlz da qatılıb.
Çarlz mərasimdə xristianlıqdan başqa dinlərin nümayəndələrinin də iştirakını istəyib.
Müsəlman, hindu, yəhudi və digər dinlərin liderlərinin də dua oxumaq arzusunda olduqları iddia edilib.
Qəzetin yazdığına görə, kilsə administrasiyası kralın tələbinin qanuna uyğun olmadığını bildirib.
Aysu Demokrat.az


