"Dağlıq Qarabağın Martuni rayonu (Xocavənd - red.) ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb".
Bubarədə Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumat deyilir.
“Zərərçəkən yoxdur.Rusiya sülhməramlı qoşunlarının komandanlığı bu faktla bağlı araşdırma aparır.Patrul xidməti üç marşrut üzrə aparılır”, - deyə məlumatda deyilir.
Məlumatda bildirilir ki,Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə daimi ünsiyyətdədirlər.


