Dünya

Tayvan 58 Çin təyyarəsinin yaxınlaşdığını aşkar etdi

Tayvan 58 Çin təyyarəsinin yaxınlaşdığını aşkar etdi

Tayvan ordusu Çin Xalq Azadlıq Ordusunun 58 təyyarəsinin adaya yaxınlaşdığını bildirib.

Çin artıq ikinci gündür ki, Tayvanın ərazi sularında hərbi təlimlər keçirir.

Demokrat.az xəbər verir ki, bu barədə aprelin 9-da Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, onların arasında J-10, J-11, J-16 qırıcıları, H-6 strateji bombardmançı, Y-20 hərbi-nəqliyyat təyyarələri və s. var.

58 təyyarədən 31-i Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.//APA

D
demokrat.az