Sosial Özəl

Sabah "Azəriqaz" İB-in “Çağrı Mərkəzi” fəaliyyət göstərməyəcək

Sabah Azəriqaz İB-in “Çağrı Mərkəzi” fəaliyyət göstərməyəcək

Aprelin 8-də "Azəriqaz" İB-in 104 və 185 “Çağrı Mərkəzləri” fəaliyyət göstərməyəcək.

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının “104 Qaynar Xidməti”nin rəhbəri Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

O deyib ki, “Çağrı Mərkəzi” sadəcə 1 gün fəaliyyətini dayandıracaq:

"Çağrı Mərkəzləri” ilə müraciətlər qəbul edilməyəcək. "Azəriqaz" İB-in rəsmi saytından və ya WhatsApp mobil tətbiqindən olan müraciətlərə baxılacaq. Abonentlərdən müraciət edərkən əlaqə nömrəsi, abonent kodu və mövcud olan problemin bildirilməsi xahiş olunur".

Aysu Demokrat.az

D
demokrat.az