"Diplomatik münasibətlərimiz ərzində Azərbaycan və Tacikistan arasında səmərəli, qarşılıqlı fəaliyyət mexanizmləri qurulub".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, yaxın gələcəkdə Tacikistan da Türk Dövlətləri Təşkilatına üzv ola bilər:
"Türk dünyasının coğrafiyası daha da genişlənər. Və Tacikistan bizə dost dövlətdir, münasibətlərimiz də həmişə yüksək səviyyədə olub. Cənab Prezidentin bu səfərindən sonra imzalanan sənədlər əməkdaşlığımızı daha da genişləndirəcək, münasibətlərimiz daha da yüksək səviyyədə inkişaf edəcək. Tacikistanın da Türk Dövlətləri Təşkilatına üzv olması reallaşsa, fikrimcə bu, bütün tərəflər üçün faydalı olar".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Tacikistana səfərə gedib. Səfər çərçivəsində Prezident İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşlər keçirib.
Aynurə Demokrat.az


