Siyasətlə vidalaşdığını açıqlayan Yeni Zelandiyanın keçmiş baş naziri Casinda Ardern parlamentdə son çıxışını edib.
Demokrat.az xəbər verir ki, yanvarın 19-da baş nazir vəzifəsindən istefa verən 42 yaşlı Casinda Ardern parlamentdə vida nitqi söyləyib.
Ardern parlamentdəki son çıxışında emosional anlar yaşayıb.
Sessiyada keçmiş baş nazirlər, Ardernin ailəsi və keçmiş işçiləri, müsəlman icmasının üzvləri iştirak ediblər.
28 yaşında siyasətdəki ilk günlərini xatırladan Ardern o zaman parlamentdə olduğuna tam inana bilmədiyini və karyerası boyunca bu duyğunu hiss etməyə davam etdiyini bildirib.
Aysu Demokrat.az


