"Rusiya tərəfindən işğal edilən ərazilərin geri alınması üçün Birləşmiş Ştatlar Ukraynaya bütün dəstəyi verəcək, sonadək yanında olacaq. Bu məsələ ABŞ-ın diqqət mərkəzindədir".
Demokrat.az xəbər verir ki, bu fikirləri keçirilən mətbuat konfransında ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
O deyib ki, NATO-nun "açıq qapı" siyasətində heç bir dəyişiklik yoxdur, lakin Ukrayna öz müdafiə qabiliyyətini təkmilləşdirməyə diqqət yetirməlidir:
"Hazırda diqqətimiz Ukraynanın Rusiya təcavüzündən müdafiəsi və Rusiya tərəfindən ələ keçirilən ərazilərin geri qaytarılmasına kömək etməkdir".
Aysu Demokrat.az


