Astara rayonunda qadınlar arasında mübahisə dava ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Astara rayon sakini, 1988-ci il təvəllüdlü Nərmin şəxsi münasibətlər zəminində eltisi Xumar (adlar şərti verilib – red.) mübahisə edib.
Nərmin küçədə Xumarın qarşısını kəsib, onunla mübahisə edib. Nərmin səs-küy salaraq ictimai qaydanı pozub.
Nərmin izahatında bildirib ki, Astara rayonunun kəndində ailəsi ilə yaşayır:
“Zərərçəkmiş şəxs qaynınım arvadıdır. Fevralın 28-də, saat 12.00-da yaşadığıç evin küçəsində dayanarkən Xumar onu niyə izləməyimi bildirdi. Buna görə də aramızda mübahisə baş verdi. Həmin vaxtı bir-birimizin ünvana nalaliq ifadələr işlətdik. Ucadan səs-küy saldıq”.
Nərmin hazırda əməlindən peşman olduğunu deyib. Ona görə də barəsində yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkmiş Xumar bildirib ki, saat 12.00-da yaşadığı evin küçəsinəə çıxarkən Nərmin ona imkan verməyib:
“Buna görə də aramızda mübahisə baş verdi. Həmin vaxtı biz bir-birimizin ünvanlarına nalaliq ifadələr işlətdik, ucadan səs-küy saldıq”.
Astara rayon Məhkəməsinin qərarı ilə Nərmin 50 manat cərimə olunub.
Başqa bir icraatda isə Xumar təqsirli bilinən şəxs qisminsə, Nərmin isə zərərçəkmiş qismində tanınıb. Xumar da əməlindən peşman olduğunu söyləyib.
Astara rayon Məhkəməsinin qərarı ilə Xumarda 50 manat cərimə olunub.
Fariz Məlikli Demokrat.az


