ABŞ sakini tətil zamanı aldığı lotereyadan 5 milyon dollar qazanıb.
Demokrat.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın Deliver ştatının Milsboro şəhərinin 66 yaşlı sakini Piter Sallivan tətil üçün getdiyi Floridada 20 dollar verərək bir ədəd lotereya bileti alıb. Nəticədə o, cekpotun sahibi olur.
Lakin lotereyanın şərtlərinə görə, qazanılan məbləğ uzun müddət ərzində hissə-hissə ödənilir. Bir dəfəlik ödəniş edildikdə isə, uduşdan da az məbləğ verilir. Piter Sallivan da ikinci yolu seçib və 3,96 milyon dollar qazanıb.


