Maraqlı Özəl

Böyük Britaniya "TikTok" şirkətini cərimələdi

Böyük Britaniya TikTok şirkətini cərimələdi

Böyük Britaniyada "TikTok" sosial şəbəkəsi uşaqların məxfiliyini qorumadığı üçün 12,7 milyon funt sterlinq cərimələnib.

Demokrat.az xəbər verir ki, Böyük Britaniya İnformasiya Komissiyasının (ICO) apardığı araşdırma nəticəsində "TikTok"un Məlumatların Qorunması Qanununa riayət etmədiyi müəyyən edilib.

ICO-ya görə, "TikTok" 2018-ci ilin mayından 2020-ci ilin iyuluna qədər bu qanuna əməl etməyib, platformadan kimin istifadə etdiyini lazımi səviyyədə yoxlamayıb və 13 yaşından kiçik uşaqların platformadan çıxarılması üçün lazımi səy göstərməyib.

"TikTok" isə ICO-nun qərarı ilə razılaşmadığını açıqlayıb.

Şirkət "BBC"-yə verdiyi açıqlamada 13 yaşından kiçik uşaqların tətbiqə girişinin qarşısını almaq üçün böyük səylər göstərdiyini bəyan edib.

Aysu Demokrat.az

D
demokrat.az