Dünya

Los-Ancelesdə silahlı hücum olub, ölən və yaralananlar var

Los-Ancelesdə silahlı hücum olub, ölən və yaralananlar var

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində “Trader Joe’s”un ərzaq mağazası yaxınlığında naməlum silahlı şəxs atəş açıb.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, insident nəticəsində bir nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.

Los-Anceles Polis Departamentinin nümayəndəsinin sözlərinə görə, olay yerli vaxtla aprelin 1-də saat 15:45-də (Bakı vaxtı ilə aprelin 2-də 02:45) baş verib. 45 yaşlı kişi hadisə yerində ölüb. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib, onlar ağır və ya kritik durumdadırlar.

Polis məmuru şübhəlinin yaxalandığını bildirib. Hadisənin səbəbləri bəlli deyil.

D
demokrat.az