Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; 12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 13. “20 Yanvar” dairəsində; 14. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 15. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətindəsıxlıq müşahidə olunur.


