Xəbər verdiyimiz kimi, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Agentliyin sədri isə "Meliorasiya və Su Təsərrüfatı"nın sədri Zaur Mikayılov təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, FHN-nin Su Ehtiyatları Agentliyindən 3, "Azərsu”dan 5, "Meliorasiya və Su Təsərrüfatı" ASC-dən 2 əsas vəzifəli şəxs vəzifəsini itirib.
Rafiq Sabir oğlu Aslanov - 2006-cı ildən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini olub. ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır.
Zakir Quliyev - 2006-cı ildən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini olub. Sabiq sədr Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır. 

Ruslan Çoban oğlu Ağamirzəyev - FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinidir. Əməkdar mühəndisdir. BDU-nun prorektoru Əliş Ağamirzəyevin qardaşıdır.

Elxan Süleymanov - Ziya Süleymanov
Ziya Elxan oğlu Süleymanov - 2021-ci ildən FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinidir. Milli Məclisin 2010-2020-ci illərdə deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuş Elxan Süleymanovun oğludur.


