Rusiyanın Tula vilayətininKireyevsk şəhərində güclü partlayış baş verib.
Redaktor.azxəbər verir ki, TASS agentliyi partlayışaUkraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) səbəb olduğunu bildirib.
Məlumata görə, Ukraynanın kəşfiyyat məqsədilə istifadə olunanTu-141 "Strij" PUA-sı partlayıcı ilə təchiz edilib və Tulada partlayış törədib.
Hadisə nəticəsində 3 nəfərin yaralandığı, üç yaşayış binasına ziyan dəydiyi bildirilir.


