Dünya

Almaniyada 57 yaşlı şəxs hava limanında maşını piyadaların üzərinə sürdü

Almaniyada 57 yaşlı şəxs hava limanında maşını piyadaların üzərinə sürdü

Almaniyada psixi problemləri olan şəxs hava limanında avtomobili piyadaların üzərinə sürüb.

Demokrat.az "APA"ya istinadən xəbər verir ki, insident Köln Bonn hava limanında qeydə alınıb.

Polis bildirib ki, şəxs (kişi) icarəyə götürdüyü avtomobili Köln Bonn Hava Limanında dayanacaqda piyadaların üzərinə sürüb.

"Sürücü beş-altı nəfəri yaralayıb və bir neçə avtomobillə toqquşub. Adamın psixi sağlamlıq problemləri olduğuna dair əlamətlər var. Görünür, o, qəsdən bir neçə avtomobili və piyadanı vurub", polis sözçüsü əlavə edib.

Polisin verdiyi məlumata görə, 57 yaşlı şəxs həbs zamanı müqavimət göstərərkən iki polis əməkdaşını da yaralayıb.

"Şəxs xəstəxanaya aparılıb və orada onun psixoloji analizləri aparılır", polisin məlumatında qeyd olunub.

D
demokrat.az