Kriminal Özəl

Bakıda 1 yaşlı körpəsini öldürən ananın məhkəməsinin vaxtı açıqlandı

Bakıda 1 yaşlı körpəsini öldürən ananın məhkəməsinin vaxtı açıqlandı

Bakıda 1 yaşlı övladının yeməyinə zəhər qataraq öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası martın 27-nə təyin olunub. Qeyd edək ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Rəsmi məlumata görə, ötən ilin sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq dövründə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az