Sosial

Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Salyanda ağacəkmə aksiyası keçirildi — FOTOLAR

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Salyanda ağacəkmə aksiyası keçirilib, müxtəlif növ ağaclar əkilərək yeni yaşıllıq zolaqları salınıb. Ağacəkmə aksiyasında Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları , ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Aksiya iştirakçıları tərəfindən xüsusi ayrılmış ərazidə 300-ə yaxın ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Salyanda ağacəkmə aksiyası keçirildi — FOTOLAR
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Salyanda ağacəkmə aksiyası keçirildi — FOTOLAR
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Salyanda ağacəkmə aksiyası keçirildi — FOTOLAR

NE
Nihadə Eyyubova