Region

Paşinyan: “Yeni mənzil almaq istəyirəm, amma köhnəni istədiyim qiymətə sata bilmirəm”

Paşinyan: “Yeni mənzil almaq istəyirəm, amma köhnəni istədiyim qiymətə sata bilmirəm”

Erməni mediası Ermənistanın müdafiə naziri Suren Papikyanın ev almasında şübhəli məqamların olduğu yazılıb.

Ermənistan mətbuatı yazır ki, Suren Papikyan Yerevanda bahalı mənzil alıb və sövdələşmə 2022-ci ilin yayında baş tutub.

Nazirin satın aldığı evi hökumətə bağlı olan iş adamı - keçmiş deputat Aşot Arsenyanın şirkəti tikib.

Məlumata görə, Suren Papikyan bu mənzili 168 min dollara alıb və bu gün onun qiyməti 412 min dollardır.

Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə nazirinə evini 300 min dollara satmağı təklif edib.

Baş nazir mətbuat konfransında iştirak edən jurnalistlərə təklif edib ki, əgər kimsə həmin evin 400 min dollar olduğunu iddia edirsə, o evi 300 minə alıb 400 min dollara sata bilər və qısa müddətdə 100 min dollar qazanar:

“2018-ci ildən bu günə kimi Ermənistanda 25 000 nəfər mənzil alıb. Onlardan biri də müdafiə naziridir. Müdafiə nazirinin o evi hansı pulla aldığını bilmək istəyrisinizsə, bu yaxınlarda açıqlanacaq gəlir bəyannaməsinə baxa bilərsiniz”.

Nikol Paşinyan özünə yeni mənzil almaq istədiyini də bildirib:

“Paytaxtın Hayrenik kinoteatrının yanındakı köhnə mənzilimi yenisini almaq üçün satmaq istəyirəm, amma istədiyim qiymətə sata bilmirəm”.

Demokrat.az

D
demokrat.az