15 mart 2023-cü il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta tam orta məktəbində "Məktəblilərin karyera planlaması və şəxsi inkişaf" mövzusunda təlim keçirilmişdir.
Əvvəlcə Salyan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əlişir Əliyev iştirakçıları salamlayaraq bildirdi ki, karyera – iş həyatında müəyyən nöqtəyə gəlmək üçün görülən bütün işlərin toplamıdır.Görülən bütün işlər dedikdə ali ixtisas seçimindən başlayıb iş həyatını dayandıra qədər olan bütün fəaliyyətlər nəzərdə tutulur.Karyera planlaması iş həyatında müəyyən uğurlar əldə etmək istəyən hər kəs tərəfindən edilməlidir.Unutmamaq lazımdır ki, yaxşı karyera üçün zaman, çalışma və planlama əsas şərtlərdir.Təlimin keçirilməsində də əsas məqsəd şagirdlərin karyera planlaması mövzusunda onları məlumatlandırmaq, karyera planlaması istiqamətində dəstək olmaqdır.

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin direktoru Günel Salayeva çıxış edərək bildirdi ki, karyera hədəflərini düzgün müəyyən edən və planlarını da bu istiqamətdə davam etdirən fərdlər gələcək karyeralarında daha uğurlu və tutduqları mövqedən məmnun olurlar.

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin direktoru Günel Salayeva təlimə başladı.
Təlimin gedişində gənclər praktiki tapşırıqlar yerinə yetirdilər. Sonra təlim qarşılıqlı diskussiya şəklində davam etdi.


