Region Özəl

Zəhərləndiyi deyilən Kadırov Putinlə görüşdü

Zəhərləndiyi deyilən Kadırov Putinlə görüşdü

Ötən həftələrdə Britaniya mətbuatında zəhərləndiyi iddia edilən Çeçenistan lideri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Demokrat.az xəbər verir ki, görüş zamanı Ramzan Kadırov Putinlə ölkəsindəki son vəziyyəti müzakirə ediblər.

BBC Ukraynanın işğal edilməsinin tərəfdarı kimi tanınan Ramzan Kadırovun Putinlə üzbəüz oturaraq yol təhlükəsizliyi, təmiz su və təhsil kimi mövzularda qeydlər oxuduğunu göstərən video görüntüləri yayıb.

Xatırladaq ki, bu yaxınlarda Qərb mediasında Ramzan Kadırovun səhhətində ciddi problemlərinin olması barədə məlumatlar yayılmışdı.

Aysu Demokrat.az

D
demokrat.az