Kriminal Özəl

Şəkidə kürəkən qayınanasının evinə hücum çəkdi

Şəkidə kürəkən qayınanasının evinə hücum çəkdi

Şəki rayonunda 1984-cü il təvəllüdlü Zaur ailə münaqişəsi zəminində qayınanası Ziyafətə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zaur izahatında göstərib ki, Aytən ilə ailəli olub və birgə nikahılarından iki azyaşlı övladırı var. Zaurun sözlərinə görə, Aytən ilə hazırda nikahın pozulması və digər mülki iddia üzrə Şəki rayon Məhkəməsində mülki işləri var:

“Məhkəmə prosesi zamanı Aytən və atası övladlarımızı istənilən vaxt görə biləcəyimi bildirdilər. Yanvarın 27-də azyaşlı övladlarımı görmək üçün Aytənin övladlarım ilə yaşadığı atası evinə getdim. Həmin vaxt orada həyat yoldaşımın anası Ziyafət qabağıma çıxdı və övladlarımı göstərməyəcəyimi bildirdi. Evdən getməyimi sərt şəkildə bildirdi”. Zaur qeyd edib ki, bundan sonra Ziyafət ilə aralarında mübahisə olub və həmin mübahisənin mobil telefonla video çəkilişini aparıb:

“Mübahisə zamanı isə Ziyafətə heç bir xəsarət yetirməmişəm. Ona qarşı zor tətbiq etməyərək evdən getmişəm”.

İş üzrə zərərçəkmiş Ziyafət bildirib ki, hadisə günü, səhər saat 09.10-da Zaur onların evinə gəlib və həyət qapıları açıq olduğundan evə girib? “Məni təhqir etdi. Bundan sonra qızım və nəvələrim evdə arxa otaqda yatdıqlarından Zaur evə girdi. Bizi narahat etməməsi üçün qarşıma çıxdıqda məni itələdi. Mən yerə yıxıldım. Zaur evə girdikdən sonra səs küy salaraq qızım Aytənin boğazından tutdu və nəvələrimi narahat edərək bizi qorxutdu”.

Zərərçəkmiş qeyd edib ki, bundan sonra Zauru çölə çıxarıb və qapını bağlayıb.

Şəki rayon polis şöbəsində Zaurun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol yazılıb. İşə baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib.

Hakim Elşən Vəliyevin sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.

Qərara görə, Zaurun əməlində inzibati qaydada cəza verilməyib. Buna səbəb zərərçəkmişin bədəninidə xəsarətin olması müəyyən edilməyib.

İş üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az