Hadisə

Türkiyədə atışma zamanı 5 nəfər xəsarət alıb, saxlanılanlar var

Türkiyədə atışma zamanı 5 nəfər xəsarət alıb, saxlanılanlar var

Türkiyənin Adana şəhərindəki gecə klublarından birində atışma olub.

Demokrat.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib. Yaralılar Seyhan Dövlət Xəstəxanasına və özəl tibb müəssisəsinə çatdırılıblar.

Hadisə yerində istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb. "Habertürk" saxlanılanların sayının 5 nəfər olduğunu bildirib.

Atışmanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı təhqiqata başlanılıb.

D
demokrat.az