İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik əlaqələrin bərpası və qarşılıqlı səfirliklərin açılması barədə razılığa gəliblər.
Demokrat.az xəbər verir ki, bu barədə İran və Ərəbistanın yaydığı birgə bəyanatdə bildirilib. Əldə olunan razılaşmaya əsasən, iki ölkə bir çox məsələlərdə əməkdaşlıq edəcək və münasibətlərin daha da möhkəmlənməsinə çalışacaq.
Müqaviləni İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani və Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri Musaid bin Məhəmməd əl-Ayban imzalayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və İran rəsmiləri bazar ertəsi Çinin paytaxtı Pekində danışıqlara başlayıb.
Aysu Demokrat.az


