Sosial Özəl

Səbail sakinləri küçələrin bərbad vəziyyətindən şikayət edir — VİDEO/FOTO

Səbail sakinləri küçələrin bərbad vəziyyətindən şikayət edir — VİDEO/FOTO

Səbail rayonu Buxta küçəsinin sakinləri küçələrin pis vəziyyətdə olması ilə bağlı narazılıqlarını dilə gətiriblər.

Bu barədə sözügedən ərazidə yaşayan sakinlərin Demokrat.az-a ünvanladıqları şikayətdə qeyd olunub.

Sakinlər deyir ki, uzun müddət öncə Səbail rayonunda yolların və digər abadlaşdırma işlərinin görülməsi üçün dövlət büdcəsindən müəyyən miqdarda pul ayrılmışdı. Lakin buna baxmayaraq bir çox küçələrin vəziyyəti hələdə acınacaqlı vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, digər küçələrdə təmir işləri görülsə də Buxta küçəsində hərəkət etmək qeyri-mümkün hal alıb:

"Xüsusilə yağışlı havalarda nə maşın nə də piyada küçədən keçmək olmur. Hətta bir neçə dəfə müvafiq orqanlara şikayətlər edilib. Şikayətlərdən sonra keçənin girişinə, yəni, görünən hissəsinədək asfalt örtüyü çəkilib. Artıq küçənin vəziyyəti bərbaddır. Müvafiq orqanların məsələyə baxmasını istəyirik".

Demokrat.az sakinlər tərəfindən göndərilən küçələrin vəziyyəti ilə bağlı görüntüləri təqdim edir:

Səbail sakinləri küçələrin bərbad vəziyyətindən şikayət edir — VİDEO/FOTO
Səbail sakinləri küçələrin bərbad vəziyyətindən şikayət edir — VİDEO/FOTO

Aysu Demokrat.az

D
demokrat.az