İdman Özəl

Messi haqqında cizgi filmi çəkiləcək

Messi haqqında cizgi filmi çəkiləcək

Futbol ulduzu Lionel Messinin Dünya Çempionatındakı qələbəsi ilə bağlı animasiya çəkilir.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, Lionel Messinin Argentina millisi ilə 2022-ci il dünya çempionatındakı qələbəsi cizgi filminə çevrilir.

Belə ki,ABŞ-da yerləşən Deadline jurnalı 35 yaşlı ulduzun Dünya Kuboku hekayəsindən bəhs edən animasiya çəkiləcəyini açıqlayıb. Messinin sözügedən animasiya üçün "Sony" ilə əməkdaşlıq müqaviləsi imzaladığı bildirilib.

Qeyd etmək lazımdır ki, animasiyanın tamaşaçılara təqdim olunacağı tarix hələ açıqlanmayıb.

Aysu Demokrat.az

D
demokrat.az