Sosial Özəl

Novella Cəfəroğlu: “Azərbaycanda qızların da hərbi xidmətə getməsini istərdim"

Novella Cəfəroğlu: “Azərbaycanda qızların da hərbi xidmətə getməsini istərdim

"Azərbaycanda qızların da hərbi xismətə getməsini istərdim. O zamanlar Sərdar Cəlaloğlu bu təklifi irəli sürmüşdü və mən də çox bəyənmişdim. İsraildə qız nəvələrimin ikisi də hərbidə olublar. Orada hərbiçiyə çox böyük hörmət var".

Demokrat.az-ın xəbərinə görə, bunu “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyəti”nin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu İctimai televiziyada yayımlanan "3d" proqramında çıxış edərkən deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, İsraildə qızları hərbiyə götürməyəndə onu məhkəməyə verirlər:

"İsraildə hər həftə uşaqlar çiynində silahla evə gəlirlər və bir dəfə də olsun o silah açılmayıb. Ümumiyyətlə, hər bir maşın borcludur ki, yolda hərbiçini gördüsə götürsün və evinə qədər aparsın. Orada hərbiçiyə bu qədər böyük hörmət var. Qız nəvələrim instituta girdilər və buna görə pul vermədilər. İsraildə hərbiyə götürməyəndə məhkəməyə verirlər ki, məni niyə götürmürsünüz. Məni hərbiyə aparın! Yəni, hərbini o dərəcəyə çatdırmalısan ki, hərbidə həm oğlanlar, həm də qızlar ürəkdən iştirak etsin".

Aynurə Demokrat.az

D
demokrat.az