Gündəm

Arif Hacılının qızından Bəxtiyar Hacıyevlə bağlı AÇIQLAMA: “Mənə qarşı əsl niyyətini anlamamışdım”

Arif Hacılının qızından Bəxtiyar Hacıyevlə bağlı AÇIQLAMA: “Mənə qarşı əsl niyyətini anlamamışdım”

Müsavat Partiyasının başqanı Arif Hacılının qızı Natavan Hacılı Bəxtiyar Hacıyevlə aralarında olan əlaqəyə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, 25 yaşlı xanım əvvəllər B.Hacıyevin əsl niyyətindən xəbərdar olmadığını qeyd edib:

“Bəxtiyar Hacıyevlə yazışmalarımız 2010-cu ildə başlayıb. Onun ən hörmətli vaxtları idi, Harvardı yeni bitirib Azərbaycana getmişdi, deputatlığa namizəd olmuşdu. O vaxtı yaşımın azlığı, uşaqlığımın vermiş olduğu təcrübəsizliklə onun mənə qarşı əsl niyyətini anlamamışdım. Get-gedə mən onun niyyətini başa düşdüm və münasibətlərimizi dayandırdım. Buna görə hətta aramız da dəydi. Sonralar həmişə soyuq münasibətimiz olub. Qaldı Bəxtiyarın pedofil olmasına, 2012-ci ildə Ramin Hacılı onu ifşa etmişdi, mən haqlı olaraq Raminin tərəfində durmuşdum, buna görə Bəxtiyar mənə əsəbləşmişdi də. Ondan sonra əlaqəni tam kəsdim”.

Demokrat.az

D
demokrat.az