Lənkəranda səfərdə olan müvəqqəti işlər vəkili Qevara Lənkəran Dövlət Universitetində Amerika guşəsini ziyarət edib və səkkiz həftəlik “Azərbaycanın Cənub Bölgələrinin Gəncləri üçün Texnovasiya” proqramının istedadlı yenilikçi tələbələri ilə görüşüb.
Astara, Lənkəran, Lerik, Yardımlı, Massalı və Cəlilabaddan olan iştirakçılar bu səkkiz həftəlik proqramı başa vuraraq İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və kompüter proqramlaşdırması və kodlaşdırması sahələri üzrə öz biliklərini artırıblar. Müvəqqəti işlər vəkili qalib komandaları güclü və innovativ biznes modelləri və ideyalarına görə təbrik etdi.
Təşəkkürlər! 



