Dünyaşöhrətli futbolçu Leonel Messinin həyat yoldaşı Antonela Rocuzzonun ailəsinə məxsus supermarketə naməlum şəxslər tərəfindən silahlı basqın edilib.
Demokrat.az xarici mediaya istinadla bildirir ki, hadisə Rosario şəhərində yaşanıb.
Polisdən verilə ilkin məlumatda hadisənin yerli vaxtla saat 03:20-də baş verdiyi bildirilir. Həmçinin, araşdırma zamanı hadisə yerində cinayətkar dəstənin Messiyə ünvanladığı təhdid məktubunun dəlil qismində istintaqa verildiyi deyilir. Faktla bağlı arşdırma aparıldığı və ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilir.
Təhdid məktubunda Rosario şəhərinin meri Pablo Javkin "Radio 2"-yə müsahibədində bunları deyib:
"Ailəni qorumalıyıq. Onların bu hadisə ilə heç bir əlaqəsi yoxdur".
Rucozzonun ailəsi ilə görüşdüyünü deyən mer , narkoşəbəkənin Messinin adından istifadə edərək, vermək istədiyi mesajı daha geniş əraziyə çatdırdığını bildirib.
Sözügedən məktubda yazılan sözlər, dünya mətbuatında böyük səs-küyə səbəb olub:
"Messi, səni gözləyirik. Rosario meri Javkin də narkotik alverçisidir, o sənə göz-qulaq ola bilməz". 




